Öən il “Meqa Sığorta”nın əsas əməliyyat gəlirləri 36 milyon 911 min manat təşkil edib.
“Meqa Sığorta”nın xalis mənfəəti 8 %-dən çox artıb - HESABAT
FED.az bu barədə sığorta şirkətinin hesabatına istinadən xəbər verir.
Əsas əməliyyat gəlirlərindən birbaşa sığorta üzrə sığorta haqları 35 milyon 941 min manat, təkrarsığorta üzrə təkrarsığorta haqları 276,5 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 671,8 min manat, təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 22 min manat olub.
"Meqa Sığorta"nın investisiya gəlirləri 2 milyon 558 min manat, subroqasiya gəlirləri 331,5 min manat, sair gəlirlər 519 min manat, ümumilikdə cəmi gəlirləri isə 36 milyon 452 min manat olub.
Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri 2 milyon 353 min manat (6.8%), birbaşa sığorta üzrə sığorta haqları 2 milyon 163 min manat (6,4%), təkrarsığorta üzrə təkrarsığorta haqları 193,3 min manat (3,6 dəfə), sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 147 min manat (28), investisiya gəlirləri 622 min manat (32,1%), subroqasiya gəlirləri 77 min manat (30,3%), cəmi gəlirləri isə 7 milyon 404 min manat (24%) artıb.