“Meqa Sığorta” 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 2 milyon 724 min manat xalis mənfəətlə yekunlaşdırıb. 2023-ci ildə isə 2 milyon 515 min manat xalis mənfəət əldə etmişdi. Bu da o deməkdir ki, "Meqa Sığorta" şirkətinin mənfəəti son bir il ərzində 209 min manat (8,3%) artıb.
Bu dövrdə sığorta şirkəti təqribən 680,9 min manata yaxın mənfəət vergisi ödəyib.
Hesabat dövründə “Meqa Sığorta”nın əsas əməliyyat gəlirləri 36 milyon 911 min manat təşkil edib.
Əsas əməliyyat gəlirlərindən birbaşa sığorta üzrə sığorta haqları 35 milyon 941 min manat, təkrarsığorta üzrə təkrarsığorta haqları 276,5 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 671,8 min manat, təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 22 min manat olub.
"Meqa Sığorta"nın investisiya gəlirləri 2 milyon 558 min manat, subroqasiya gəlirləri 331,5 min manat, sair gəlirlər 519 min manat, ümumilikdə cəmi gəlirləri isə 36 milyon 452 min manat olub.
Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri 2 milyon 353 min manat (6.8%), birbaşa sığorta üzrə sığorta haqları 2 milyon 163 min manat (6,4%), təkrarsığorta üzrə təkrarsığorta haqları 193,3 min manat (3,6 dəfə), sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 147 min manat (28), investisiya gəlirləri 622 min manat (32,1%), subroqasiya gəlirləri 77 min manat (30,3%), cəmi gəlirləri isə 7 milyon 404 min manat (24%) artıb.
Bu dövrdə əsas əməliyyat xərcləri 21 milyon 203 min manat, bundan sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 15 milyon 699 min manat, qaytarılan sığorta haqları üzrə xərclər 773 min manat, tənzimləmə xərcləri 255,4 min manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 4 milyon 290 min manat, qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 184,7 min manata bərabər olub.
Bu dövrdə işlərin aparılması xərcləri 11 milyon 816 min manat, sair xərclər 27,8 min manat, cəmi xərcləri isə 33 milyon 47 min manat təşkil edib.
İllik müqayisədə əsas əməliyyat xərcləri 4 milyon 948 min manat (30,4%), sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 6 milyon 730 min manat (75%), qaytarılan sığorta haqları üzrə xərclər 527 min manat (3,1 dəfə), tənzimləmə xərcləri 219 min manat (7,1 dəfə), işlərin aparılması xərcləri 2 milyon 167 min manat (22,5%), sair xərclər 22,6 min manat (5,3 dəfə), cəmi xərcləri isə 7 milyon 137 min manat (27,5%) artıb.
Sığorta şirkətinin maliyyə mənfəəti 3 milyon 405 min manat təşkil edib ki, bu da 2023-cü ilin maliyyə mənfəətindən 268 min manat (8,5%) çoxdur.
“Meqa Sığorta” 2023-cü ildə 51 milyon 713 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 872 min manat və ya 9,4% artıb.
Öhdəliklər 5 milyon 12 min manat və ya 22,4% artaraq 27 milyon 366 min manata yüksəlib.
Bu dövrdə balans kapitalı 29 milyon 219 min manata bərabər olub.
“Meqa Sığorta”nın bölüşdürülməmiş mənfəətin həcmi də 209 min manat və ya 8,3% artaraq 2 milyon 724 min manata yüksəlib.
Ödənilmiş nominal (nizamnamə) kapitalı dəyişməyərək 23 milyon manat olaraq qalıb.