“Atəşgah Sığorta” korporativ satış şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
İş barədə məlumat
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı: 09:00-dan 18:00-dək
- İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Sabit əmək haqqı sınaq müddətində 400 AZN
- Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya
Namizədə tələblər
- Yaş: 23-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır)
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Maraqlananlar öz CV formalarını [email protected]ünvanına göndərə bilər.
-
Telefon
-
E-mail