İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Yevlax, Mingəçevir və Ağdaş rayonlarında çalışan həkimlərin maaşlarına edilən dəyişikliyə aydınlıq gətirib.
Eləcə də bax: Terapevt 1200 manat, Cərrah 4-5 min manat - TİBBİ SIĞORTADA – HƏKİMLƏRİN MAAŞI
FED.az məlumat verir ki, agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, pilot layihənin icrası dövründə icbari tibbi sığorta əlavəsinə görə xəstə qəbulu ilə bağlı normativlər tətbiq olunurdu. Yeni Qaydaya əsasən isə, xəstə qəbulu ilə bağlı normativlər ləğv edilib. Həmin əlavələr isə faiz nisbəti ilə xidmətə görə həvəsləndirici əlavələrdə öz əksini tapır.
Pilot layihə Yevlax, Mingəçevir və Ağdaş rayonlarında həyata keçirilib.
Pilot layihəyə əsasən, əməkhaqlarının baza hissəsi Ginekologiya doğum şöbəsində, Reanimasiya şöbəsində, Cərrahiyyə şöbəsində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərdə 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Vərəm şöbəsində, Yoluxucu xəstəliklər şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərdə 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərdə 200 manat, Radiologiya şöbəsinin həkimlərində 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərində isə 360 manat artırılıb.
Məsələn, Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən 228 manat məbləğində əməkhaqqı alırdısa, icbari tibbi sığorta sistemində çalışan cərrahın əməkhaqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olub.
Şöbə rəhbəri funksiyalarını yerinə yetirən həkimlərin iş yükünün və gərginliyinin nəzərə alınması məqsədilə onların əməkhaqları qeyd edilən əlavələrin 15%-i həcmində artırılıb.
Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılı olaraq dəyişib. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunub. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edirdi.
Uşaq şöbəsində, Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya, Terapiya, Poliklinika, Hemodializ şöbələrində terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativə əsasən, həkimlərə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat verilib.
Terapevt ixtisası üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 12 pasiyentə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativ gündəlik 20 pasiyentdən yuxarı olmamaq şərtilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat verilib.
Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkim üçün aylıq normativ 10 pasiyentə əməliyyatın, habelə fizioloji doğuş daxil olmaqla göstərilməsidir. Həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20%-i həcmində mükafat verilib. İnzibati xərclər dedikdə əməliyyat zamanı istifadə olunan tibbi sərfiyyatın, dərman vasitələrinin dəyəri, habelə kommunal xərclər nəzərdə tutulur.
Məsələn, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri ƏDV daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanıb: 500 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 350 manat qalır. 350 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 70 manat edir.
Reanimasiya şöbəsində həkim üçün aylıq normativ 10 pasiyentə narkozun verilməsidir. Hər anesteziya (yerli anesteziya istisna olmaqla) üçün həkimə 10 manat məbləğində mükafat verilib.
Mama-ginekoloq ixtisası üzrə çalışan həkimlər üçün normativ tətbiq olunmur. Sığortaolunan hesab edilməyən şəxslərə tibbi xidmətlər göstərildikdə, həkim müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat alıb.
Həkimlərin maaşı yeni qaydalarla necə hesablanır?
Yeni Qaydaya əsasən, səhiyyə işçilərinin aylıq vəzifə (tarif} maaşı əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla Vahid Tarif Sorğu Kitabçası əsasında 18 dərəcə üzrə müəyyən edilir.
Səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları aşağıdakı cədvəl üzrə müəyyən edilir:
Əməyin ödənilməsi dərəcələri |
Aylıq vəzifə (tarif) maaşı (manat) |
1 |
250 |
2 |
260 |
3 |
271 |
4 |
282 |
5 |
294 |
6 |
306 |
7 |
319 |
8 |
332 |
9 |
346 |
10 |
360 |
11 |
375 |
12 |
390 |
13 |
406 |
14 |
423 |
15 |
440 |
16 |
457 |
17 |
529 |
18 |
666 |
Tibb müəssisəsi rəhbərinin müavininin, eləcə də müəssisənin struktur bölmə (şöbə, bölmə, kabinet və s.) rəhbərlərinin müavininin vəzifə (tarif) maaşı müvafiq müəssisə, bölmə (şöbə, bölmə, kabinet va s.) rəhbərlərinin vəzifə maaşından 10 - 20 faiz aşağı müəyyənləşdirilir. Vəzifə maaşının dəqiq məbləği işçinin əmək stajı, peşəkarlıq səviyyəsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla işəgötürənin təqdimatı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir.
Bildirək ki, tibb işçilərinə vəzifə maaşından başqa vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavələr verilir.
Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına sabit həvəsləndirici əlavələr tətbiq edilir.
İxtisasın/vəzifənin adı |
Həkimlərin əmək haqlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləği |
Xidmətə görə həvəsləndirici əlavələr hesablanan həkimlərin çalışdığı şöbə (bölmə) müdirləri |
100 manat |
Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla) |
200 manat |
Provizor vəzifəsi üzrə çalışan həkimlər |
260 manat |
Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər |
300 manat |
Həkim-laborant ixtisası üzrə çalışan həkimlər |
340 manat |
Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər |
|
“Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim |
480 manat |
Həkim-reanimatoloq ixtisası üzrə çalışan həkimlər |
|
Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq |
|
Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim |
570 manat |
*Bundan əlavə, həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. |
Bundan əlavə, həkim ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.
Reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.
Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.
Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.
Beləliklə ilkin hesablamalar onu göstərir ki, pilot layihələrlə müqayisədə yanvarın 1-dən icbari tibbi sığortanın tətbiqi ilə cərrahların vəzifə maaşı təxminən 768 manatdan 400 manatadək azalıb. Həmçinin pilot layihə çərçivəsində tətbiq olunan normativlərlə müqayisədə yeni tətbiq olunan əlavələrin də faiz nisbətində azalma var.
İxtisasın və ya vəzifənin adı |
Yuxarı kəmiyyət həddi |
İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği |
Terapevtik və pediatrik ixtisaslar üzrə çalışan həkimlər |
Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi: 20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması |
Tətbiq edilən tarifin 7%-i həcmində
|
Fizioterapiya prosedurunu təyin edən həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 20%-i həcmində |
|
Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi: 60 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim təqibinin aparılması |
10 yatış günündən çox olmamaq şərtilə hər sığortaolunan üzrə 1-5 yatış günü ərzində hər gün üçün 2 manat, 6-10 yatış günü ərzində hər gün üçün 1 manat |
|
Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər |
Ambulator fəaliyyət üzrə hər həkim üçün iş günü həddi: 20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə (əməliyyata göndərilən sığorta olunan pasiyentlər istisna olmaqla) həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması |
İxtisaslı həkim baxışına tətbiq edilən tarifin 7%-i həcmində |
Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15%-i həcmində |
||
Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi: Hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 15%-i həcmində
|
|
Cərrahi ixtisaslar üzrə çalışan asistent həkimlər |
Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi: 60 əməliyyatdan yuxarı olmamaq şərtilə sığortaolunana əməliyyatın həyata keçirilməsi |
Tətbiq edilən tarifin 3%-i həcmində |
Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi: Sığorta olunan hesab edilməyən şəxslərin əməliyyatı zamanı hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 3%-i həcmində |
|
Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər |
Həkim fəaliyyəti üzrə hər anesteziyaya görə aparılmış əməliyyatlar üçün hədd: Hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 5%-i həcmində |
Neonatologiya bölməsində çalışan həkimlər |
Stasionar fəaliyyət üzrə həkim üçün yeni doğulana görə təqvim ayı həddi: Hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 7%-i həcmində |
Terapevtik və cərrahi ixtisaslar üzrə çalışan həkimlər |
Sığorta olunan hesab edilməyən şəxslərə ixtisaslı həkim müayinəsi üçün iş günü həddi: Hədd müəyyən edilmir |
Tətbiq edilən tarifin 15%-i həcmində |
Sığorta olunan hesab edilməyən şəxslərə cərrahi prosedur və əməliyyatlar üçün təqvim ayı həddi: Hədd müəyyən edilmir |
Tətbiq edilən tarifin 30%-i həcmində |
|
Həkim-stomatoloq ixtisası üzrə çalışan həkimlər |
Həkim üçün təqvim ayı həddi: Hədd müəyyən edilmir |
Tətbiq edilən tarifin 60%-i həcmində, lakin göstərilən xidmətə sərf olunan tibbi ləvazimat xərci çıxıldıqdan sonra |
Struktur bölmə rəhbəri vəzifəsində çalışan həkimlər |
Müvafiq tibbi xidmətlərin göstərilməsi nəticəsində verilən arayışlara (obliqat qrupların dövri tibbi müayinələri üzrə verilən arayışlar istisna olmaqla) və tibbi çıxarışlara görə hər həkim üçün təqvim ayı həddi: Hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 5%-i həcmində |
Ultrasəs müayinə üzrə çalışan həkimlər |
Həkim üçün iş günü üzrə hədd: 22 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması |
Tətbiq edilən tarifin 8%-i həcmində |
EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər |
Həkim üçün iş günü üzrə hədd: 10 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması |
Tətbiq edilən tarifin 10%-i həcmində |
MRT (Maqnit rezonans tomoqrafiya), müayinəsi üzrə çalışan həkimlər |
Həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 8%-i həcmində |
KT (Kompyuter tomoqrafiya) üzrə çalışan həkimlər |
Həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 10%-i həcmində |
Rentgen, Mamoqrafiya və Flüoqrafiya müayinəsi üzrə çalışan həkimlər |
Həkim üçün iş günü həddi: 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması |
Tətbiq edilən tarifin Rentgen və Mamoqrafiya müayinəsi üzrə 10%-i, Flüoqrafiya müayinəsi üzrə 14%-i həcmində |
Həkim-kardioloq ixtisası üzrə çalışan həkimlər |
EKQ (elektrokardioqramma) çəkilişləri üzrə rəyin verilməsinə görə həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur |
Tətbiq edilən tarifin 10%-i həcmində |
Reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.
Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.
Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.
Beləliklə ilkin hesablamalar onu göstərir ki, pilot layihələrlə müqayisədə yanvarın 1-dən icbari tibbi sığortanın tətbiqi ilə cərrahların vəzifə maaşı təxminən 768 manatdan 400 manatadək azalıb. Həmçinin pilot layihə çərçivəsində tətbiq olunan normativlərlə müqayisədə yeni tətbiq olunan əlavələrin də faiz nisbətində azalma var.