Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-noyabr ayları üçün sığorta bazarının göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, 21 sığorta şirkətindən 9-un ödənişləri artıb, qalan 12-in isə azalıb.
Eləcə də bax: Azərbaycanda yığımları artan və azalan sığorta şirkətləri - SİYAHI
Ödənişi ən çox artan şirkət “Qala Sığorta” olub. Bu şirkətdə artım 5,6 dəfə təşkil edib. Digər sığorta şirkətləri arasında ödənişi 2 dəfədən çox olan sığorta şirkətləri “Günay Sığorta” və “Ata Sığorta” olub. Bu şirkətlərdə müvafiq olaraq artım 3,04 dəfə və 2,21 dəfə artım təşkil edib.
Digər 6 sığorta şirkətində artım 12%-38% arasında dəyişir.
Ödənişi bu ilin 11 ayında keçən ilin eyni dövrünə nəzərən daha çox azalan şirkət 3,04 dəfə azalmaya malik olan “Atəşgah Həyat Sığorta” olub. “Naxçıvan Sığorta”da azalma 2,48 dəfə olub.
Digər sığorta şirkətlərində azalma belə olub: “İpək Yolu Sığorta” (1,84 dəfə azalma), “Rəvan Sığorta” (-42,29%), “Standart İnsurance” (-35,29%).
Qalan 7 sığorta şirkətində azalma (-32%) – (-1%) aralığında dəyişir.
Ən çox və ən az ödəniş edən sığorta şirkətləri – SİYAHI
16:31
27 Dek 2018