Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-noyabr ayları üçün sığorta göstəricilərini açıqlayıb.
FED.az Palataya istinadən xəbər verir ki, bu ilin 11 ayında ötən ilin eyni dövrünə nəzərən 21 sığorta şirkətindən 14-ün yığımları artıb, 7-in isə azalıb.
Eləcə də bax: Ən çox və ən az ödəniş edən sığorta şirkətləri – SİYAHI
Yığımları ən çox artan “Amrah Sığorta” olub. Bu şirkətin yığımları sözü gedən dövrdə ötən ilə nəzərən 36,62 dəfə artıb. Digər ən çox yığımı artan şikət 2,60 dəfə artıma malik olan “Naxçıvan Sığorta” ASC olub.
Digərlərin də isə artımlar belə olub: “Rəvan Sığorta” – 2,59 dəfə artım, “Paşa Həyat Sığorta” – 78,90% və “Atəşgah Həyat” Sığorta 69,82%.
Yığımları illik müqayisə daha az olan sığorta şirkəti 1,57 dəfə azalmaya malik olan “Bakı Sığorta”dır. 2-ci yerdə isə 35,93% azalmaya malik olan “Günay Sığorta”dır.
Ən çox azalmanın qeydə alındığı digər sığorta şirkətləri bunlardır: “Azsığort”( -29,83%), “Qala Həyat Sığorta” (-20,31%) və “AXA MBASK” (-15,79%) .
Azərbaycanda yığımları artan və azalan sığorta şirkətləri - SİYAHI
16:24
27 Dek 2018