Azərbaycanda sığorta hadisələrinin daha sürətli tənzimlənməsi və sığorta ödənişlərinin gecikdirilməməsi üçün yaxın vaxtlarda Azərbaycanda Hadisələrin İdarəedilməsi Sistemi (HİS) işə düşəcək. Bu barədə FED.az-a İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib. Onun sözlərinə görə, yeni sistem Daxili İşlər Nazirliyi, İcbari Sığorta Bürosu və digər dövlət qurumlarının sistemlərnin inteqrasiyası əsasında fəaliyyət göstərəcək.
Eləcə də bax: Binaların yarımçıq qalması və həkim səhvləri - SIĞORTALANACAQ
Yeni sistemin işə düşməsi ilə sığorta hadisələrini qeydə alınması, tənzimlənməsi və sığorta ödənişlərinin verilməsi prosesi sürətlənəcək. Bu özünü xüsusilə avtomobilləri sığortası və qəzalar zamanı tətəbiq edilən ödənişlərdə göstərəcək. İSB rəsmisi bilirib ki, bu yenilik indiyədək avtomobil sahibləri arasında məşhur olan «Forma-4» sənədinin verilməsində də göstərəcək. Qeyd edək ki, yol polisi tərəfindən verilən bu sənəddə avtoqəzanın baş verməsi halı əks olunur, daha dəqiqi, hadisənin necə baş verdiyini, günahkarın kim olması göstərilir.
Eləcə də bax: Azərbaycanda yeni sığorta-qarantiya - MEXANİZMİ YARADILACAQ
İndiyədək bu sənəd yol polisi tərəfindən verilərkən çoxsaylı neqativ hallara yol verildiyindən sürücülər tərəfindən böyük narazılıqlara səbəb olurdu. Belə ki, qanunda 10 günə verilməsi nəzərdə tutulsa da, əslində praktikada bu bir neçə həftə, bəzər isə 1 ay davam edir. Yeni sstemin tətbiqindən sonra iə bu hallar aradan qalxmalıdır: «Elektonlaşma həyata keçirmək istəyirik. Burada əsas yeniliklərdən biri forma 4-ün elektron şəkildə verilməsi olacaq. Artıq elektron sistemdən istifadə edilməyə başlanılıb. Forma 4-ün də elektron şəkildə verilməsinə başlanılacaq. DİN və İSB arasında əldə edilən razılığa görə, artıq bu sənəd də elektron şəkildə 10 gün ərzində, qanunda nəzərdə tutulduğu kimi veriləcək. Artıq heç kimin buna görə Yol polisinə geğməsinə ehtiac qalmayacaq, narazılıq da olmayacaq».