Xəbər verildiyi kimi, Azərbaycanda yeni icbari sığorta məhsullarının tətbiqi nəzərdə tutulub. FED.az xəbər verir ki, bunlar hakimlərin peşə məsuliyyəti, tikniti-inşaat şirkətlərinin məsuliyyətinin sığortası və sairdir.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta nəzarəti departamentinin direktoru Firdovsi Ağaşirinov bildirib ki, bu sığorta növlərinin icbari olması son vaxtlar səhiyyə sektorunda baş verən və tez-tez təkrarlanan hadisələrlə bağlıdır: «Bunun əsas səbəbi belə hadisələrin baş verməsi və camiyyətdə geniş işıqlandırılması, diqqət mərkəzi çıxmasıdır. Bəzən sağ ayaq yerinə sol ayaq kəsilir və ya başqa hallar olur. Bunlardan qorunmaq lazımdır».
Eləcə də bax:Yeni icbari sığorta məhsulları gəlir - AÇIQLANDI
F.Ağaşirinov bildirir ki, ümumiyyətlə icbari sığortada məsələnin sosial tərəfi böyük əhəmiyyət daşıyır: «Bunu daşınmaz əmlakların sığortasında daha aydın görmək olar. Məsələn 30-40 manata böyük təminatlar alınır. Amma onların əhatə etdiyi riskləri könüllüyə çevirsək 3-4 dəfə artıq ödəniş etmək lazım olardı. Tikinti-inşaat şirkətlərinin risklərinə gəlincə, F.Ağaşirinov bilirib ki, bəzən tikintilərdən avtomobillərin və ya şəxslərinç üzərinə hansısa əşyalar düşür, eləcə də inşaatın tamamlanmaması riski ola bilər. Bu kimi hallar mütləq təminat altına alınmalıdır».