Bu il əldə etdiyimiz ən böyük müştərilərdən biri “Fairmont Hotel Baku” oldu. Həmin otellə bağlı riskləri bizim şirkət sığortalayacaq. Bu barədə FED.az-a müsahibəsində “Azərbaycan Sənaye Sığorta” şirkətinin İH sədri Kamran Babayev deyib.
Eləcə də bax: Nazirdən şirkətlərə xəbərdarlıq – «CİDDİ NƏZARƏT EDƏCƏYİK»
Onun sözlərinə görə, indiyədək həmin hotelin sığortasını digər şirkət – «Standard insurance» həyata keçirirdi: «Hotel uzun müddət “Qlobal umbrella” proqramı çərçivəsində “Standart İnsurance” sığorta şirkəti tərəfindən sığortalanıb. Hal-hazırda isə bizim şirkətlə fəaliyyət göstərir»-deyə K.Babayev bildirib.
«Azərbaycan Sənaye Sığorta» ilə hotel arasında müqavilə aprel ayında imzalanıb. Müqaviləyə əsasən 1 il ərzində hotelin dəzgah sınmasından sığorta, elektron cihazların sığortası, daşınar və daşınmaz əmlakın sığortasını “Azərbaycan Sənaye Sığorta” həyata keçirəcək.
Eləcə də bax: Sığorta şirkətlərinin nə qədər işçisi var? – SİYAHI, ŞİRKƏTLƏR