Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Palatası və həyat sığortası şirkətləri arasında bu gün imzalanan memorandum həyat sığortası üzrə yığımların artmasına və bazarın canlanmasına səbəb olsa da, bu sahədə sığorta şirkətlərinə nəzarəti də artıracaq.
FED.az xəbər verir ki, nazir Sahil Babayev bildirib ki, nazirlik və Məşğulluq xidməti bu sənədin icrası zamanı sığorta şirkələinə də ciddi nəzarər edəcək və onların ödənşləri tam yerinə yetirməsinə əmin olacaqlar: «Sığorta şrkətlərinə də nəzarət edəcəyik. Əgər sığorta hadisəsi baş veribsə və onun ödənişi ilə bağlı hər hansı çətinlik yaransa, həm biz nazirlik olaraq, həm də Maliyyə Palatası lazımi müdadaxilə edəcəyik və sığortalıların mənafelərini müdafiə edəcəyik».
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
Nazirdən şirkətlərə xəbərdarlıq – «CİDDİ NƏZARƏT EDƏCƏYİK»
10:12
28 Sen 2018