“Bakı Sığorta” ASС-nin sığorta yığımlarında azalma qeydə alınıb.
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2023)
FED.az bu barədə Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin yanvar-avqust aylarında şirkətin sığorta yığımları 3 milyon 715 min manat təşkil edib.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 552 min manat və ya, 12,9% azdır.
Keçən ilin eyni dövründə şirkətin yığımları 4 milyon 266 min manat olmuşdu.