FED.az xəbər verir ki, "Azsığorta" ASC tibbi sığorta xidmətinin çağırı mərkəzinin mütəxəssisi və çağırı mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edilir.
Tibbi Sığorta Xidmətinin Çağırı Mərkəzinin Mütəxəssisi.
Vəzifə öhdəlikləri:
• Daxil olan zənglərin cavablandırılması;
• Sığortalı müştərilərə telefonla konsultasiyanın verilməsi;
• Sığortalı müştərilər üçün tibbi yardımın təşkili;
• Tibbi və sığorta sənədləşdirilməsinin aparılması.
Namizədə tələblər:
• Ali tibbi təhsil;
• Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Növbəli iş qrafikində işləmək bacarığı;
• Komanda daxilində işləmək bacarığı.
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı mütləq qeyd edilməlidir.
Çağırı Mərkəzinin Mütəxəssisi.
Vəzifə öhdəlikləri:
• Çağrı Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
• Sığorta məhsulları haqda zəng edən müştərilərə ətraflı məlumat vermək;
• Müxtəlif kanallardan gələn müraciətlərin cavablandırmaq;
• Qeydiyyata alınmış müştərilərin müraciətlərinin vaxtında həllinə nəzarət etmək və geri dönüş zəngləri etmək;
Namizədə tələblər:
• Azərbaycan və Rus dillərində səlist danışıq bacarığı;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Ünsiyyətcil və komandada işləmək bacarığı;
• Müştərilərlə işləmək qabiliyyəti;
• Stressə davamlılıq;
• Yüksək nitq mədəniyyətinə, səlis vəaydın danışıq tərzinə malik olmaq;
• Özünü ifadə etmək bacarığı;
• Səbirlilik, nəzakətlilik, ünsiyyətcillik, fəallıq, işgüzarlıq;
• Analitik düşünmə qabiliyyəti, dəqiqlik;
• Qeyri-standart vəziyyətlərdə özünü və vəziyyəti idarə etmək bacarığı;
• Növbəli iş qrafikində işləmək bacarığı;
• Komanda daxilində işləmək bacarığı.
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı mütləq qeyd edilməlidir.