Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,597 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: Azərbaycanda 27 sığorta agenti lisenziyasından – MƏCBURİ İMTİNA EDİB - SİYAHI - ADLAR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 339,866 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,2% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,7 manat olub. (Report)