Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilən sığorta agentlərinin siyahısını açıqlayıb.
Azərbaycanda lisenziyası olan sığorta agentləri - İŞDƏN ÇIXARILIR – 100-Ə YAXIN LİSENZİYA LƏĞV EDİLİB
AMB-dən FED.az-a bildirilib ki, sözügedən şəxslər «Sığorta fəaliyyəti haqqında» Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü şəkildə AMB-yə müraciət edib. Bu müraciətlər əsaında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə siyahıda göstərilən 27 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
AMB-nin məumatında sözügedən şəxslərin lisenziyadan könüllü şəkildə imtina etməsi göstərilsə də, əslində xatırlanan qanunda agentlərə qarşı belə bir tələb var və həmin şəxslər sığorta vasitəçiliyi lisenziyasından həmin tələbə görə, əslində məcburi olaraq imtina ediblər.
Məsələ bundadır ki, bu ilin may ayında «Sığorta fəaliyyəti haqqında» qanuna mühüm dəyişiklik edilib. Qanunun 94.3 maddəsinə edilən əlavəyə əsasən agent lisenziyası olan fiziki şəxslər sığorta şirkətində vəzifə tuta bilməzlər. Həmin maddə belədir:
Maddə 94. Sığorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul olması
94.3. Fiziki şəxs olan sığorta brokeri və sığorta agenti eyni zamanda sığortaçıda vəzifə tuta bilmə
Nəticədə lisenziyası olan şəxslər seçim qarşısında qalıblar – ya lisenziynı təhvil verməli, ya da sığorta şirkətində işdən çıxmalıdırlar. AMB-nin siyahısında göstərilənlər və bir qədər əvvəl lisenziyadan imtina edənlər ikinci variantı seçməli olublar.
Qeyd edək ki, bəzi sığrta agentləri qanunun tələbinin bu formada tətbiqinin əleyhinə olublar. Məsələn, sığorta agenti Əliəşrəf Məmmədov FED.az-a bildirmişdi ki, əslində əgər lisenziya aktiv deyilsə, yəni lisenziyası olan fiziki şəxs hazırda agent fəaliyyəti ilə məşğul deyilsə, onun işini davam etdirməsi pozuntu sayılmamalı idi. Amma AMB-dən bu iddia təkzib edilib. Yeri gəlmişkən, lisenziyadan bu dəfə imtina edənlər arasında Əliəşrəf Məmmədovun özü də var.
№ |
Lisenziya sahibinin adı |
Lisenziyanın verilmə tarixi |
Lisenziyanın nömrəsi |
VÖEN |
1 |
Nəcəfov İlkin Nəcəf oğlu |
04.03.2009 |
000012 |
0200479332 |
2 |
Nəhmətov Nazim Fərid oğlu |
01.10.2010 |
000363 |
1701099582 |
3 |
Məmmədov Kənan Azər oğlu |
03.03.2011 |
000408 |
1302380582 |
4 |
Məmmədov Məmməd Əliəşrəf oğlu |
09.09.2011 |
000480 |
3000045532 |
5 |
Xələfov Anar Valeh oğlu |
30.01.2012 |
000546 |
1302016422 |
6 |
Salayev Pərviz Süleyman oğlu |
05.03.2012 |
000584 |
2600374142 |
7 |
Abdullayev Emin Aydın oğlu |
20.09.2012 |
000743 |
2002417862 |
8 |
Abbasov Toğrul Vəkil |
20.09.2012 |
000745 |
1402324332 |
9 |
Əfsanə Əli Vilayət oğlu |
20.09.2012 |
000760 |
1601675292 |
10 |
Səfərov Roman Möhübbət oğlu |
19.10.2012 |
000793 |
1801857742 |
11 |
Əliyev Zaur Müxtəsər oğlu |
12.12.2012 |
000826 |
7000440372 |
12 |
Hüseynova Fəranə Nazim qızı |
15.01.2013 |
000840 |
2002471182 |
13 |
Məmmədəlizadə Eldar Rövşən oğlu |
13.02.2013 |
000825 |
1303055102 |
14 |
Ağayev Xıdır Xızır oğlu |
24.01.2014 |
080516 |
6800690492 |
15 |
Muradov Namiq Sadıq oğlu |
04.02.2014 |
080533 |
6000757372 |
16 |
Hadıyev Fərid Rauf oğlu |
23.04.2014 |
080559 |
1401368852 |
17 |
Əliyev Vüsal Səməndər oğlu |
11.07.2014 |
080598 |
1800477742 |
18 |
Qubadov Elxan İlham oğlu |
30.11.2017 |
SA-0024 |
1301145972 |
19 |
Dəmirçiyev Nail Alim oğlu |
09.02.2018 |
SA-0033 |
1005094072 |
20 |
Miskərli Abas İlqar oğlu |
05.10.2018 |
SA-0057 |
1404079742 |
21 |
Əliyev Kənan Mahir oğlu |
05.10.2018 |
SA-0063 |
1702332332 |
22 |
Nemətli Mehdi Nemət oğlu |
16.11.2018 |
SA-0111 |
1501605082 |
23 |
Ağabağırov Emil Sanxam oğlu |
03.12.2018 |
SA-0117 |
2001098482 |
24 |
Qasımov Elçin Ədalət oğlu |
25.02.2019 |
SA-0133 |
1305859552 |
25 |
Əmrəliyeva Gültəkin Faiq qızı |
11.03.2019 |
SA-0142 |
1404542032 |
26 |
Mirzəyev Emin Alim oğlu |
11.03.2019 |
SA-0143 |
3102299592 |
27 |
Sofiyeva Günel Mehdi qızı |
21.11.2019 |
SA-0175 |
1404827372 |