Azərbaycanda tibbi sığorta üzrə ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə ödənişlər 41 milyon 029,7 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 313,3 min manat və ya 5,3% azdır.
2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 43 milyon 343 min manat təşkil edib.