Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 601,853 milyon manat sığorta haqqı toplanılıb.
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-oktyabr aylarına nisbətən 24,7% çoxdur.
Ötən 10 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 12,2% azalaraq 195,772 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 279,219 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,9% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 21% azalaraq 71,848 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-oktyabr aylarında 62,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 45,45 manatdan 40,9 manata düşüb.(Renkinq)