2022-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 728,071 milyon manat sığorta haqqı toplanılıb.
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-DEKABR, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 24,1% çoxdur.
Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə əvvəlki illə müqayisədə 5,7% azalaraq 242,752 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 337,633 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,5% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20% azalaraq 95,569 milyon manata düşüb.
Beləliklə, 2022-ci ildə könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ildə 57,8 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 46,4 manatdan 39,4 manata düşüb.(Renkinq)