“ASG Holding” şirkətlər qrupunun prezidenti sərnişinləri helikopter vasitəsilə daşıyan “ASG Helicopter Services” MMC-dən 2023-cü ildə 1 milyon manat dividend əldə edib.
- Azərbaycanda sərnişinləri vertolyotlarla daşıyan şirkətin - XALİS MƏNFƏƏTİ İKİ DƏFƏ AZALIB - HESABAT
Səhmlər fiziki şəxs Teymur Məmmədov tərəfindən 24 dekabr 2019-cu il tarixində satın alınana qədər 100 faiz "Silk Way Development" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus idi. Teymur Məmmədov 31 dekabr 2022-ci il tarixlərinə Şirkətin yeganə mülkiyyətçisi və son nəzarətçi tərəfidir. Şirkətin adı 11 iyun 2020-ci ildə rəsmi olaraq Silk Way Helicopter Services MMC-dən ASG Helicopter Services MMC-yə dəyişdirilib. 31 dekabr 2022 -ci il tarixlərində Şirkət texniki xidmət və təmir işləri ilə məşğul olan Helicopter Services Center MMC adlı birgə müəssisədə 50% paya sahibdir. 20 aprel 2023-cü ildə Şirkət bu birgə müəssisədə olan səhmlərini satıb.
“ASG Helicopter Services” 2022-ci ili ümumilikdə 9 milyon 883 min manat xalis mənfəət əldə edərək başa vurub. 2021-ci il üzrə isə xalis mənfəət 20 milyon 43 min manat idi. Xalis mənfəət son bir ildə 2 dəfədən çox aşağı düşüb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 9 milyon 883 min manat və ya 10,8% artaraq 101 milyon 250 min manata yüksəlib.
15 fevral 2023-cü il tarixində Şirkət 1,400 min AZN dividend ödənişi elan edib. 02 noyabr 2023- cü ilə qədər elan edilmiş dividendlərin 1,050 min AZN-i səhmdara ödənilib.
"ASG Helicopter Services" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Şirkət") 18 mart 2008-ci Il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxs kimi qeydiyyata alınıb. Şirkətin qeydiyyatdan keçmiş ünvanı H. Əliyev adına Beynəlxalq Hava limanı, Bakı, Azərbaycan Respublikasıdır. Şirkətin əsas fəaliyyəti sərnişinlərin helikopterlə daşınmasından və texniki və təmir xidmətlərinin göstərilməsindən ibarətdir.