Sığorta bazarında ödənişlərin ümumi həcmi 8 ayda 21,1% artsa da, şirkətlər arasında fərqli dinamika müşahidə olunub.
- Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR/AVQUST-2025)
Azərbaycanda 12 sığorta şirkətinin yığımları böyüyüb
-
Azərbaycanda ən çox yığım portfelinə malik olan - 10 ŞİRKƏT - SİYAHI
-
6 sığorta şirkətinin ödənişləri 10 milyon manatdan - YÜKSƏK OLUB
FED.az AMB-yə istinadən xəbər verir ki, artım sürətinə görə mütləq lideri "Meqa Həyat Sığorta" olub. Şirkətin ödənişləri ötən illə müqayisədə 5,1 dəfə artaraq inanılmaz bir sıçrayış edib. "Qala Sığorta" (+86,2%) və "Atəşgah" Sığorta (+83,2%) da ödənişlərini kəskin şəkildə artırıblar. Yüksək artım həmçinin "AtaSığorta" (+39,3%), "Aqrar Sığorta" (+40,2%) və "Azərbaycan Sənaye Sığorta" (+31,7%) şirkətlərində qeydə alınıb.
Bazar lideri "Paşa Həyat" ödənişlərini 29,3% artırıb ki, bu da mütləq ifadədə 85,2 milyon manatlıq rekord artım deməkdir. Digər artan şirkətlər "Atəşgah Həyat" (+22%), "Meqa Sığorta" (+20,9%), "AzSığorta" (+10,8%) və "Paşa Sığorta" (+0,5%) olub.