2025-ci ilin ilk 8 ayının yekunlarına görə, Azərbaycan sığorta bazarı 1 milyard 48 milyon manat həcmində sığorta haqqı toplayıb. Reytinq cədvəli göstərir ki, bazarın böyük hissəsi iki aparıcı şirkətin əlində cəmləşib.
FED.az AMB-yə istinadən xəbər verir ki, bazarın dəyişməz lideri "Paşa Həyat Sığorta" ASC-dir. Şirkət 481,5 milyon manat yığımla ümumi bazarın 45,9%-ni formalaşdırıb. İkinci yerdə isə 247,9 milyon manatla "Paşa Sığorta" ASC qərarlaşıb ki, bu da bazarın 23,7%-i deməkdir. Beləliklə, bu iki şirkət birlikdə bazar yığımlarının 69,6%-nə nəzarət edir.
İlk beşliyi "Atəşgah Həyat" (73,2 milyon manat), "Qala Sığorta" (58,5 milyon manat) və "Atəşgah" (42,7 milyon manat) tamamlayıb.
Bununla yanaşı "Meqa Sığorta"nın yığımları 22,9 milyon manat, "Azərbaycan Sənaye Sığorta"nın yığımları 21,2 milyon manat, "Qala Həyat" Sığorta Şirkətinin yığımları 21,1 milyon manat təşkil edib.
"Xalq Sığorta" 18,1 milyon manat və "Aqrar Sığrota" 15,4 milyon manatla ilk onluğa daxil olublar.