2025-ci ilin ilk 8 ayı sığorta bazarının ümumilikdə 12,9% böyüməsi ilə yekunlaşıb.
- Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR/AVQUST-2025)
-
Azərbaycanda ən çox yığım portfelinə malik olan - 10 ŞİRKƏT - SİYAHI
FED.az AMB-yə istinadən xəbər verir ki, artım sürətinə görə bazarın lideri "Meqa Həyat Sığorta" olub.
Şirkət yığımlarını 79,4% artıraraq ən sürətlə böyüyən oyunçu adını qoruyub.
"Aqrar Sığorta" (+29,2%), "Atəçgah Həyat Sığorta" (+27,9%) "Azərbaycan Sənaye Sığorta" (+25,4%), "Xalq Sığorta" (+23,3%) və "Qala Həyat" (+20%) da daxil olmaqla, bir sıra şirkət bazar ortalamasını əhəmiyyətli dərəcədə üstələyən artım nümayiş etdirib.
Bazarın nəhəngləri də pozitiv dinamikanı qoruyub. "Paşa Həyat Sığorta" yığımlarını 15,9% artırıb ki, bu da mütləq ifadədə 66,6 milyon manatlıq nəhəng artım deməkdir
. Digər artan şirkətlər isə "Xalq Həyat" (+10,4%), "Paşa Sığorta" (+7,9%), "A-Qroup" (+4,9%), "Qala Sığorta" (+4,4%) və "Atəşgah" Sığorta (+2,9%) olub.
Hesabat dövründə ümumilikdə 12 sığorta şirkətinin yığımları böyüyüb.