2025-ci ilin ilk 8 ayında sığorta şirkətləri müştərilərinə ümumilikdə 603,4 milyon manat ödəniş edib.
- Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR/AVQUST-2025)
-
Azərbaycanda 12 sığorta şirkətinin yığımları böyüyüb
-
Azərbaycanda ən çox yığım portfelinə malik olan - 10 ŞİRKƏT - SİYAHI
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
"Paşa Həyat Sığorta" ASC 375,6 milyon manatlıq ödənişlə bütün bazar ödənişlərinin 62,2%-ni təkbaşına reallaşdırıb. İkinci yerdəki "Paşa Sığorta" ASC isə 90,4 milyon manatla bazarın 15%-lik payına sahibdir. Beləliklə, bu iki şirkət birlikdə ümumi ödənişlərin 77,2%-ni həyata keçirib.
İlk beşliyi "Atəşgah Həyat" (42 milyon manat), "Atəşgah" Sığorta (26,4 milyon manat) və "Qala Sığorta" (17,2 milyon manat) tamamlayır.
"Meqa Sığorta" isə müştərilərinə bu dövrdə 10,5 milyon manat ödəniş edib.