Yanvar-aprel aylarında Azərbaycanda avtomobillərin icbari sığortası üzrə toplanan məbləğ azalıb.
FED.az xəbər verir ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə cəmi 32 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat azdır.
Təcili: "Sığorta radarı" söndürülməyib - SIĞORTA OLMASA CƏRİMƏ YAZILACAQ - RƏSMİ AÇIQLAMA
Bu sığorta növü üzrə müqavilələrin sayında isə 20 min azalma var.
Sığortaçılarlar Assosiasiyasindan Yol Polisinə etiraz: «Bu qərar sığorta sektoruna zərbə olacaq»
Pandemiyanın təsiri səbəbindən ölkədən xaricə gediş-gəlişlərin azalması özünü «Yaşıl kart» üzrə müqavilələrdə də göstərib. Belə ki, bu sahədə müqavilə sayı və toplanan sığorta haqlarının həcmi azalıb.
Əvəzində yük avtomobillərinin sığortasında artım var.