Azərbaycanın sığorta sektoru, avtomobillərin icbari sığortasına nəzarətin müvəqqəti aradan qaldırılacağı ilə bağlı Dövlət Yol Polisinin qərarını qəti etirazla qarşılayıb və bu qərarın ləğv edilməsinə çalışaaq.
Bu qərarı FED.az-a şərh edən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev yol polisinin bu qərarının nəikni sığorta sektoruna, ümumilikdə ölkənin maliyyə sabitliyinə təhlükə yaratdığını bildirib.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi göstəriş verib ki, texniki baxışdan keçməyənlərin elektron qaydada aşkarlanması, eləcə də sığorta müqaviləsinin bitməsi ilə bağlı xüsusi texniki vasitələrlə aşkarlanma karantin müddətində dayandırılsın. Daha sadə desək, yol polisi karantin dövründə «sığorta radar»ını söndürüb.
ASA rəhbəri bu qərarın düşünülməmiş olduğunu və sığorta sektoru, ümumilikdə üçün maliyyə sabitliyi üçün təhlükə yvaratdığıın bildirib: «Bu qərar nəticəsində satışlar aşağı düşəcək. Vəziyyət göstərir ki, onsuz da son vaxtlar sığorta məhsulları çox az satılır. Yeganə satılan məhsul, ən pulyar məhsul avtomobillərin icbari sığortası məhsulu idi. İndi də cərimələri yığışdırsalar deməli istər istəməz insanlar bunu daha az alacaqlar, hətta ümumiyyətlə maşınlarını sığorta etməyəcəklər».
Azər Əliyevin sözlərinə görə, icbari sığortaya nəzarətin faktiki aradan qaldırılması nəticəsində satışlar aşağı düşəcək ki, bu da həm sığorta şirkətlərinin maliyyə vəziyyətinə mənfi təsir edəcək, həm də hadisə baş verdikdə ödəniş etməyə mane olacaq: «Bu nəyə səbəb olacaq - ilk növbədə sığorta şirkətlərinin gəlirləri olmayacaq və onlar hadisə olanda ödəmə edə bilməyəcəklər. Ola bilər bəzi sabit şirkətlər bu vəsaiti öz kapitallarından götürəb verə biləcəklər. Amma bu artıq həmin şirkətlərin kapitallarını aşağı endirəcək. Daha zəif şirkətlər isə sadəcə ödəniş etməyəcəklər, bu da insanların narazılığına səbəb olacaq. Deməli sığopta bazarı pis günə dühəcək».
Assosiasiya sədrinin sözlərinə görə, bu qərarını qəbul edilməsi təkcə sığorta şirkətələrinə deyil, müştərilərə – avtomobil sahiblərinə də mənfi təsir edəcək. Onlar qəza törətsə zərəri özləri ödəməli olacaqlar, buna isə hamının gücü çatmayacaq: «Bu gün bilirik ki, vəziyyət elə də ürək açan deyil, bəzi qurumlar insanları məcburi məzuniyyətə göndərib, maaşlarını ödəmirlər, bəziləri maaşları kəsiblər. Yəni adamların maliyyə vəziyyəti çətindir. İndi siz təsəvvür edin ki, sabah kimsə kiminsə maşınını vurdu. Nəticədə avtombil sahibi zərəri ödəyə bilməyəcək, qarşı tərəf də pul ala bilməyəcək. Deməli daha da çox narazılıq yaranacaq».
«Mən real olaraq bunun səbəbini başa düşmürəm. Başa düşmürəm, onlar necə fikirləşiblər ki, belə bir qərar veriblər. Bu hamımız üçün sürprizdir»-deyən A.Əliyevin sözlərinə görə, «sığorta radarı»nın söndürülməsi barədə məlumat sığorta şirkətlərinin hamısını narahat edib: «Şirkətlərin hamısı dərhal bizə zəng edib şikayət etməyə başladılar. Bu sığorta növü ilə məşğul olanların hamısı bundan narazıdır, dünəndən zəng edib səbəbini soruşurlar».
Artıq bu gündən Assosiasiya vəziyyətlə bağl İcbari Sığorta Bürosu və Mərkəzi Bankla müzakirələr başlayıb: «Dünən axşam bu məlumatı eşitdik, artıq səhərdən biz İcbari Sığorta Bürosu və Mərkəzi Bankla birlikdə məsləhətləşirik. Ola bilsin bu yaxınlarda Assosiasiya yol polisinə və başqa qurumlarıv məktub göndərəcək. Məncə Mərkəzi Bank da bu qərarı dəstəkləməyəcək, çünki məlumdur ki, bu qərar sığorta şirkətlərinə mənfi təsir edə bilər».
Azər Əliyev bildirib ki, hazırda avtomobillərin icbari sığortası (Avtomobil sahiblərinin mülki məsuliyyətinin üçüncü şəxs qarşısında sığortası) üzrə ildə 110 milyon manata yaxın pul yığılır: «Ayda təqribən 10 milyon manatlıq satış olur, bunun da 70%-i qəzalarda müştərilərə ödənilirdi. Həm müştərilərə, həm də şirkətlərə böyük məbləğlər ödənilirdi. Bu qərardan sonra isə deməli ödənişlər olmayacaq və yük onların üzərinə düşəcək».