«Atəşgah» Sığorta Şirkəti
Müştəri xidmətləri şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 22-30
• Təhsil: Ali
• Xoş xarici görünüşlü xanım namizədlər
• İş təcrübəsi: Müştəri xidmətlərində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili(Əla ),Ingilis dili (arzuolunadır)
Əsas vəzifə öhdəlikləri
• Müştəriləri qəbul etmək və onların sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı suallarını cavablandırmaq
• Müştərilərdən sənədləri qəbul etmək
• Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək
• Sığorta aktlarını və imtina məktublarını tərtib etmək
• Müştərilərə hadisələrinin statusu barədə məlumat vermək;
• Sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı müvafiq sorğular tərtib etmək
• Sığorta dələduzluğuna cəhd hallarının aşkar olunması və qarşısının alınması
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 500 AZN
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.