24 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ölkənin aparıcı maliyyə institutlarının iştirakı ilə növbəti irimiqyaslı ağacəkmə aksiyası keçirilmişdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, aksiya çərçivəsində ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yerləşən sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilmişdir. Ağacəkmə aksiyasına qatılan maliyyə sektoru təmsilçiləri arasında
"Atəşgah" Sığorta Şirkətinin nümayəndələri də iştirak edərək, ölkəmizin yaşıllaşdırılmasına və ətraf mühitin qorunmasına öz töhfələrini verdilər.
Bu tədbir maliyyə sektorunun ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayiş etdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbəti təzahürüdür.







![“Atəşgah” Sığortadan ağacəkmə aksiyasına - [red]DƏSTƏK[/red] | FED.az](upload/news/small/186774.jpg)
![“Atəşgah” Sığortadan ağacəkmə aksiyasına - [red]DƏSTƏK[/red] | FED.az](upload/news/small/3270999.jpg)
![“Atəşgah” Sığortadan ağacəkmə aksiyasına - [red]DƏSTƏK[/red] | FED.az](upload/news/small/4152562.jpg)
![“Atəşgah” Sığortadan ağacəkmə aksiyasına - [red]DƏSTƏK[/red] | FED.az](upload/news/small/446650.jpg)








