Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah” sığorta şirkətinin yığımları azalıb.
FED.az saytı Maliyyə Bazarlarına Nəzarət Palatasının car ilin yanvar-may ayları üzrə açıqladığı rəqəmlər əsasında hazırladığı hesabata əsasən, şirkətin bu dövr ərzində topldığı sığorta haqlarının həcmini 13,1 mln. manata çatdırıb.
FED.az-ın Tədqiqat Qrupu tərəfindən hesablanmış rəqəmlər nəticəsində məlum olub ki, son bir il ərzində (2017- yanvar-may) şirkətin yığımlarında 108 min manat və ya 0,81% azalma olub.
Qeyd edək ki, "Atəşgah" sığorta şirkəti yığımlarının azalmasının səbəbini açıqlamaq istəyi olarsa, mütləq şəkildə şirkətin mövqeyini dərc etməyə hazırıq.
“Atəşgah” sığorta şirkətinin yığımları azalıb
15:49
21 İyun 2018