14 İyun 2018-ci il tarixində “Listinq Məsləhət Proqramı”-nın (LMP) növbəti mərhələsi olaraq birja üzvü olan investisiya şirkətləri ilə “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” şirkətləri arasında ilk görüş keçirilmişdir.
Bakı Fond Birjasından FED.az-a daxil olmuş məlumata görə, görüş zamanı Atəşgah Sığorta qrupunun cari fəaliyyəti, maliyyə vəziyyəti və gələcək biznes planları haqqında geniş təqdimat olmuşdur.
Əlavə olaraq mövzu ilə bağlı investisiya şirkətlərini maraqlandıran digər məsələlər haqqında ətraflı müzakirələr aparılmışdır.
Görüşdə İnvest-AZ, PSG Kapital, Xalq Kapital, Paşa Kapital, Unikapital-ın nümayəndələri ilə Atəşgah Sığorta qrupunun heyəti arasında şirkətin kapital bazarlarından maliyyələşmə imkanları, onların dəyərləndirilməsi, optimal alətlərin seçilməsi, investorlar üçün təklifin hazırlanması və s. bu istiqamətdə atılacaq mümkün addımlar interaktiv formada fikir mübadiləsi aparılmışdır.