«Atəşgah» Sığorta Şirkəti
Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi)
Namizədə tələblər
• Yaş: 20-30
• Xanım namizədlər
• Təhsil: Ali və ya orta
• İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
• Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)
Əsas vəzifə öhdəlikləri
• Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
• Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
• Müştərilərin müraciətlərinin statistikasının aparmaq
• Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş Qrafiki: dəyişkən
• İş yeri: Baş ofis
• Sabit əmək haqqı sınaq müdətində 350 AZN
• Sınaq müddətindən sonra 400AZN
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin operatoru”qeyd etmələri xahiş olunur.