Azərbaycanda tətbiq edilən aqrar sığorta çərçivəsində sığorta haqqının 50%-ni Aqrar Sığorta Fondu, qalan hissəni isə fermerlər ödəyəcək.
Eləcə də bax: «Aqrar sığorta mərhələlərlə işə düşəcək» - NAZİRLİKDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirir.
Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.
Bitkiçilik sahəsində:
ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə
- buğda;
- arpa;
- qarğıdalı;
- kartof;
- şəkər çuğunduru.
İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə
- portağal;
- limon;
- naringi;
- çay;
- tütün;
- çəltik;
- üzüm;
- fındıq;
- pambıq.
Heyvandarlıq sahəsində
Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə -
- 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar
Suda yetişdirilən məhsullar üzrə
Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə
- Balıqların
sığortası təmin ediləcək.
Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması
- İnvestisiya risqlərini azaldacaq;
- Fermerlərin himayəsini gücləndirəcək;
- İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;
- Məşğulluğa müsbət təsir edəcək;
- Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;
- Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;
- Ərzaq təhlükəsizliyinə töhfə verəcək
- Sığorta bazarını gücləndirəcək