Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, aqrar sığorta ilə bağlı qanun 2019-cu ilin iyununda qəbul edilib, 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb. İndi isə Nazirlər Kabineti aqrar sığortanın əhatə edəcəyi kənd təsərrüfatı mallarının və məhsullarının siyahısını təsdiqləyib.
Eləcə də bax: Aqrar sığortanın əhatə edəcəyi – MƏHSULLAR AÇIQLANDI – SİYAHI
Nazirlik bildirir ki, beynəlxlaq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur.
Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.
Eləcə də bax: Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini - TƏSDİQLƏYİB – İZAH