Bu ilin yanvar-noyabr aylarında “AzerGold” QSC 99,8 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Eləcə də bax: Azərbaycan qızıl ixracını - 17%-dək Artırıb
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 mln ABŞ dolları və yaxud 26,3 % çoxdur.
Xatırladaq ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində “AzerGold” xarici ölkələrə 79 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 mln manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. (Report)