Bu ilin noyabr ayında Azərbaycan xarici ölkələrə 24,5 mln ABŞ dolları dəyərində qızıl ixrac edib.
Eləcə də bax: Azərbaycanda 3300 kq-dən çox qızıl - İstehsal Edilib
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayında bildirilir.
Bu, 2019-cu ilin noyabr ayının göstəricisi ilə müqayisədə 8,8 mln ABŞ dolları və ya 56,05 % çoxdur.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 183,7 mln ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26 mln ABŞ dolları və ya 16,5 % çoxdur.