Azərbaycan hökuməti rumıniyalı investorlarını Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) fəaliyyət göstərməyə dəvət edir və bura Rumıniyadan sonra onlar üçün ən əlverişli yer olacaq.
Bakı yaxınlığında yeni aeroport tikiləcək – 2026-CI İLDƏN İŞƏ DÜŞƏCƏK
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında ƏAİZ-nin Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
"2026-cı ilin I yarısından ƏAİZ-də karqo terminalları istifadəyə veriləcək. Bu terminallarla ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq və gələcəkdə bu həcm təxminən 1,5 milyon tona çatdırılacaq. Biz istənilən təklifi dəyərləndirməyə hazırıq, lakin ən yaxşı beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək üçün innovativ texnologiyalardan və yanaşmalardan istifadə edən, yüksək əlavə dəyərli, ixracyönümlü istehsalla məşğul olacaq investorlara üstünlük verəcəyik", - deyə o qeyd edib. (Report)