Mis qiymətləri rekord səviyyələrə yaxın qalarkən, investorlar metalın tonunun qiymətini 15 min dollara yaxınlaşdıran yüksəlişin qarşısında yarana biləcək riskləri qiymətləndirirlər.
FED.az xəbər verir ki, London Metal Birjasında (LME) mis qiymətləri ardıcıl 11-ci həftəni yüksəlişlə başa vurmağa hazırlaşır.
Son dövrdəki "rallinin" mühüm səbəblərindən biri yüz minlərlə ton misin ABŞ-a daşınması olub. Bu proses digər regionlarda təklifin daralmasına səbəb edib.
ABŞ dollarının zəifləməsi və məlumat mərkəzlərindən misə tələbin artacağına dair nikbin gözləntilər də qiymətləri dəstəkləyib.
Bununla belə, analitiklər yüksəlişi dəstəkləyən bəzi amillərin kövrək görünməsi səbəbindən əldə olunan artımın davamlı olmaya biləcəyi barədə xəbərdarlıq edirlər.
Mis daxil olmaqla sənaye metalları, investorların cümə günü açıqlanacaq və daha yüksək faiz dərəcələri ehtimalını artıra biləcək ABŞ inflyasiya göstəricilərini gözlədiyi bir vaxtda, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) daha sərt mövqe tutması riskinə də həssasdır.
“Natixis”in analitiki Bernard Dahdah yayımladığı hesabatda “qiymət köpüyü riskinə diqqət çəkirik” deyə bildirib.
Onun fikrincə, misin hazırkı qiymət hərəkəti fundamental göstəricilər və son istehlakçı tələbindən daha çox ABŞ bazarındakı idxal arbitrajı imkanları və qısamüddətli spekulyativ kapital tərəfindən istiqamətləndirilir.
Qeyd edək ki, London Metal Birjasında misin qiyməti 14 800 dolları keçərək ton üçün 15 min dollarlıq psixoloji həddə yaxınlaşıb.













