Azərbaycanda ilk dəfə olaraq yaradılan Ələt Azad İqtisadi Zonasında istehsal müəssisələri ilə yanaşı, logistika mərkəzi və hava limanı da inşa edilir.
Ələt Azad İqtisadi Zonasının ərazisində karqo hava limanı inşa ediləcək - FOTOLAR
Ələt Azad İqtisadi Zonasının idarəedici qurumundan FED.az-a verilən məlumata görə, AFEZ-də müasir standartlara cavab verən, beynəlxalq karqo hava limanının inşası üzrə işlərə artıq başlanılıb.
İnşaat işləri tamamlandıqdan sonra hava limanının 2026-cı ilin I rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.
Hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1, 5 milyon tona qədər artacağı planlaşdırılır.
Hava limanı ilk növbədə Azad Zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək, eyni zamanda digər şəxslərə də xidmət göstərəcək.
Xatırladaq ki, Ələt Azad İqtisadi Zonasının Baş plan ərazisi olaraq müəyyən edilmiş 719 ha torpaq sahəsi beynəlxalq nəqliyyat dəhlizləri üzərində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında 3 ayrı ərazidə yerləşir.