“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC istehsal və emal proseslərinin modernləşdirib, əməliyyat səmərəliliyini artırıb.
Azərbaycanın əsas pambıq ixracatçılarından biri – NİZAMNAMƏ KAPİTALINI AZALDIR
FED.az biznes və maliyyə xəbərləri portalına Azərbaycan İnvstisiya Holdinqindən verilən məlumata görə, MMC-nin Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda həyata keçirilən modernizasiya nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəriciləri 50%-dən çox yaxşılaşdırılıb. Hazırda Cəmiyyətin Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda modernizasiya işləri davam etdirilir.
Bildirilib ki, ötən il şirkət tərəfindən 79 min tondan çox xam pambıq tədarük edilib. Qarşıdakı dövrdə əsas hədəflərdən biri pambıq istehsalında orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılması, əlavə dəyər zəncirinin genişləndirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.












