İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 2023-cü ildə ilk dəfə olaraq Kolumiya, Mərakeş, Əlcəzair, İordaniya, Nigeriya, Keniya, Cənubi Sudan, Yəmən, CAR, Dominikan və s. ölkələrə sürtkü yağlarının ixracına başlayıb.
"Sənaye zonalarında istehsal olunan məhsulların bir çoxunun alıcısı Türkiyə şirkətləridir"
Bu barədə FED.az-a İZİA-dan bildirilib.
Qeyd edilib ki, “ALCO” MMC tərəfindən 2023-cü il ərzində ümumilikdə 46 min ton məhsul satışı həyata keçirilib, bunun da 44 min tondan çox hissəsi dünyanın 35-dən çartıq ölkəsinə ixrac edilib.