2023-cü ilin yanvar-noyabr aylarında 91,4 milyon dollar dəyərində xurma ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 1,9 milyon dollar və ya 2,1% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 89,5 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.
Təkcə noyabr ayında 45,3 milyon dollarlıq xurma ixrac olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,7 milyon dollar və ya 9,8 dəfə çoxdur.
2022-ci ilin noyabr ayında 4,6 milyon dollarlıq xurma ixrac edilib.