2023-cü ilin yanvar-noyabr aylarında 108,4 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 14,7 milyon dollar və ya 15,7% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 93,7 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.
Təkcə noyabr ayında 14,1 milyon dollarlıq meşə fındığı ixrac olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon dollar və ya 5,2% çoxdur.
2022-ci ilin noyabr ayında 13,4 milyon dollarlıq meşə fındığı ixrax edilib.