Bu ilin ilk 7 ayında Azərbaycana 313,9 milyon dollar həcmində 11 min 544 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8,4 milyon dollar və ya 2,8% çoxdur, miqdar ifadəsilə isə 1 min 930 ton, başqa sözlə 14,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 305,5 milyon dollar dəyərində 13 min 474 ton əczaçılıq məhsulu idxal olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının 1 kiloqramının orta idxal qiyməti 46 manat 24 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 38 manat 54 qəpik idi. Bu da illik müqayisə ilə 7 manat 70 qəpik və ya 20% bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi idxalın 2,31%-i əczaçılıq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,83% olub.