Türkiyədən Azərbaycana gətirilən 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib.
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, idxal olunan iki adda bioloji aktiv qida məhsulunun (BAQM) laborator müayinələri aparılıb.
Müayinələr zamanı "Baku Pharm" MMC-nin idxal etdiyi, "Honor İlaç Sanayi Ve Ticaret Ltd Şti" müəssisəsinin istehsalı olan 5059 ədəd "Nosetin" əmtəə nişanlı məhsulun (istehsal və son istifadə tarixləri: 01.10.2025–01.10.2028, partiya nömrəsi: HNRNTN2) tərkibində "L-carnitine" və "Citicoline" maddələrinin miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Həmçinin, "EN Life Group" MMC-nin idxal etdiyi, "Aspar İlaç Kozmetik Gida Sanayi A.Ş." müəssisəsinin istehsalı olan 5000 ədəd "Magintens" əmtəə nişanlı BAQM-da (istehsal və son istifadə tarixləri: 01.04.2026–01.04.2029, partiya nömrəsi: MS 00501) "Vitamin B2" və "Maqnezium bisqlisinat + maqnezium sitrat"ın miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb və məhv olunması təmin edilib.


















