Bu ilin ilk 7 ayında Azərbaycana 33,6 milyon dollar həcmində 35 min 544 ton düyü idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12,3 milyon dollar və ya 26,8%, miqdar ifadəsilə isə 8 min 419 ton, başqa sözlə 19,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 45,9 milyon dollar dəyərində 43 min 963 ton düyü idxal olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi düyünün 1 kiloqramının orta idxal qiyməti 1 manat 61 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 78 qəpik idi. Bu da illik müqayisə ilə 17 qəpik və ya 9,6% ucuzlaşma deməkdir.
Bu il 7 ayında ümumi idxalın 0,25%-i düyünün payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,43% olub.