Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 560,4 milyon manat xərcləyib.
Dərmanların evdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 274,9 milyon manat və ya 21,4% artıb. Xatırladaq ki, ötən ilin eyni dövründə əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 285,5 milyon manat xərcləyib.
Başqa sözlə, bu il ərzində orta hesabla hər ay əczaçılıq məhsulları və tibbi ləvazimatlara 156 milyon manat pul xərclənib.
Qeyd edək ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq mal satılıb. Əhalinin aldıqları mallara xərclədiyi vəsaitin 2,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf edilib.













