Azərbaycan Mərkəzi Bankı (AMB) "İdeal Kredit" MMC-ni cərimə edib.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, maliyyə sanksiyası qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq tətbiq olunub.
AMB-nin təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "İdeal Kredit" 20 min manat, onun vəzifəli şəxsi 2,5 min manat cərimə olunub.