"İnternational" BOKT QSC-nin carilin birinci yarısı üzrə xalis mənfəəti 95%-dək artıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, BOKT ilk yarım ili 1 milyon 844,2 min manata yaxın mənfəətlə başa vurub.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 895 min manat. başqa sözlə 94,5% (1,9 dəfə) çoxdur.
Belə ki, "İnternational" BOKT QSC-nin 2022-ci ilin birinci yarısında xalis mənfəəti 947 min manata yaxın olmuşdu.