“İnternational” bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili mənfəətlə başa vurub.
FED.az şirkətin “Mənfəət və Zərər” haqqında hesabatına əsasən bildirir ki, şirkətin 2017-ci ildə faiz gəlirləri 2 mln 224 min manat, fazi xərcləri isə 1 ml 363 min manat olub ki, bu məbləğin də 79,89%-i digər faiz xərclərinin payına düşür. Sonda xalis faiz gəlirləri 861 min manat olub.
Qeyri-faiz gəlirləri 384,6 min manat, qeyri-faiz xərcləri isə 1 mln 39 min manatdır. Qeyri-faiz xərclərinin 31,93%-i və ya 331,9 min manatı əmək haqqı və digər kompensasiya növlərinin payına düşür.
Sonda əməliyyat mənfəəti 206,32 min manat olub. Əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar olan məbləği yəni 61,9 min manatı çıxdıqda xalis mənfəət 144,3 min manat olub.
Yekunda il üzrə mənfəət 144,4 min manat olub. Xatırladaq ki, BOKT-un 2016-cı il üzrə mənfəəti olmayıb və dövrü 298,8 min manat zərərlə başa vurub.
FED.az “İnternatioanl” BOKT-un “Balnas” hesabatına əsasən xəbər verir ki, BOKT-un 2017-ci il üzrə aktivləri 20,41% azalaraq 5 mln 682 min manat, cəmi kapital isə 23,10% artaraq 772,1 min manat təşkil edib.
Xatırladaq ki, BOKT-un nizamnamə kapitalının məbləği 1 mln manatdır.