Azərbaycanın qeyri-bank maliyyə sektorunda daha bir qurum aktiv fəaliyyətini bərpa edib və sürətli inkişafa başlayıb.
«Payonix» Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC 2024-cü ildə fəaliyyətini tam bərpa edib və artıq ilk gəlirlərini götürüb.
FED.AZ maliyyə və iqtisadiyyat xəbərləri portalı «Payonix» BOKT MMC-nin 2024-cü il üzrə hesabatına istinadən xəbər verir ki, ötən il şirkət öz fəaliyyətini tam şəkildə bərpa edib, kredit verməyə başlayıb və 2023-cü ildən fərqli olaraq gəlirlər əldə etməyə başlayıb.
Hesabata əsasən, 2024-cü ildə «Payonix» BOKT MMC kredit fəaliyyətini bərpa edib və elə ilk ilk yarım milyon manata yaxın kredit verib. Xatırladaq ki, şirkət 2023-cü ildə kredit ayırmamışdı.
İlin sonuna «Payonix» BOKT MMC-nin hesablarında 185 min manat vəsait, eləcə də 417 min manatlıq digər aktivlər olub.
Nəticədə, il sonunda şirkətin cəmmi aktivləri 1 milyon manatdan artıq olub.
«Payonix» BOKT MMC-nin öhdəlikləri minimaldır – cəmi 64 min manat, hazırda şirkət kreditləşməni öz vəsaitləri ilə həyata keçirir.
İlin sonuna «Payonix» BOKT MMC-nin nizamnamə kapitalı 1,300 mln. manat olsa da, əvvəlki illərin zərərləri hesabına bu məbləğ 1 milyon 32 manat təşkil edib.
Amma şirkətin fəaliyyətində müşahidə olunan aktivliyi nəzərə aldıqda, bu azalma müvəqqətidir.
Belə ki, «Payonix» BOKT MMC-nin kredit fəaliyyətini bərpa etməsi ilə faiz gəlirləri də götürməyə başlayıb. İllik olaraq 43 480 manat gəlir əldə edib. Bu qurumun gəlirsiz başa vurduğu 2023-cü ildən bəri ilk dəfə gəlirə çıxmasıdır. Cəmi gəlirlərin 42 787 manatı müştəriərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri, 692 manat isə digər gəlirlərdir.
«Payonix» BOKT MMC-nin fəaliyyətinin bərpa etməsi özünü ən çox xərclərdə göstərib. Əvvəlki passiv illərdən fərqli olaraq «Payonix» BOKT MMC-nin işçi xərcləri 2 dəfəyə yaxın artaraq 150 min manatı keçib. Paralel olaraq Sosial Müdafiə Fonduna ayırmalar da 2 dəfə artaraq 27 min manatı ötüb.
Gəlnin əldə edilməsi ilə bağlı xərclər isə 2023-cü ildəki 40 manatdan 21 min manata yüksəlib.
BOKT öən il bank xidmətlərindən də aktiv istifad edib – bu maddə üzrə xərcər 4 dəfə artaraq 2400 manata yüksəlib.
Ümumilikdə ötən il «Payonix» BOKT MMC-nin cəmi xərcləri 2 dəfədən çox artaraq 214 min manatı keçib – 2023-cü ildə cəmi 96 min manat idi.
Xərclərin artımı şirkətin gəlirlərini üstələdiyi üçün şirkət 2024-cü ili məntiqi olaraq xalis zərərlə tamamlayıb – 171 min manat.
Amma əvvəlki ildən fərqli olaraq, şirkətin kredit fəaliyyəti bərpa edilib. Nəticədə «Payonix» BOKT MMC-nin pul vəsaitlərinin hərəkəti də canlanıb.
Belə ki, 2024-cü ildə BOKT-un əməliyyat fəaliyyətindən yaranan pul vəsaitləri 1 milyon 115 min manatı keçib.
Hesabatla daha ətraflı tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz: