“Finex Kredit” BOKT ASC-nin səhmdarlarının ümumi yıtıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclas iyunun 14-də şirkətin Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda yerləşən baş ofisində baş tutacaq. İclasda 2021-ci ilin maliyyə yekunlarına aid müstəqil auditor tərəfindən aparılmış auditin nəticələrinin təsdiqi, 2022-ci il üzrə şirkətin inkişaf perspektivləri və digər məsələlər müzakirə olunacaq.