"Finca Azerbaijan" BOKT-nın 2024-cü il üzrə göstəriciləri məlum olub.
FED.az BOKT-nın hesabatına istinadən xəbər verir ki, kredit təşkilatının ötən il üzrə faiz gəlirləri 19 milyon 697 min manat təşkil edib. Faiz gəlirləri illik müqayisədə 1 milyon 984 min manat (11,2%) artıb.
Faiz xərcləri 1 milyon 112 min manat (27,1%) artaraq 5 milyon 212 min manata yüksəlib.
Nəticə xalis faiz gəlirləri 14 milyon 485 mijn manata bərabər olub ki, bu da illik 872 min manat və ya 6,4% artımdır.
Bankın qeyri faiz xərcləri 13 milyon 167 min manata bərabər olub ki, onun da 7 milyon 944 min manatı əmək haqqı, 1 milyon 38 min manatı amortizasiya, 4 milyon 185 min manatı göstərilmiş xidmət haqqları, 2 milyon 82 min manatı kredit itkiləri üzrə ehtiyat ayırmalarıdır.
İllik müqayisədə qeyri faiz xərcləri 1 milyon 883 min manat (16,2%), əmək haqqı xərcləri 852 min manat (12%), amortizasiya 54 min manat (5,5%), göstərilmiş xidmət haqqları 927 min manat (28,5%) artıb, əməliyyat mənfəəti 962 min manat (42,2%), kredit itkiləri üzrə ehtiyat ayırmaları 561 min manat (21,2%) azalıb.
Bu dövrdə BOKT 800 min manat mənfəət vergisi ödəyib, nəticədə ötən ili 2 milyon 668 min manat xalis mənfəət əldə edib. Bu isə 2023-cü ilin sonuna olan dövr ilə müqayisədə 1 milyon 640 min manat (42% azdır.
"Finca Azerbaijan" ötən il 75 milyon 706 min manat cəmi aktivlərə malik oub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 13 milyon 743 min manat (22,2%) artıb.
BOKt-nın kredit portfeli 7 milyon 822 min manat (13,1% böyüyərək 67 milyon 680 min manata yüksəlib.
Öhdəliklər 58 milyon 101 min manata bərabər olub ki, bu da illik 14 milyon 4 min manat (31,8%) artım deməkdir.
Balans kapitalı cüzi - 260 min manat (1,5%) azalma ilə 17 milyon 606 min manata düşüb.